Modern.az

Paşinyan türk ölkəsinə gedir

Paşinyan türk ölkəsinə gedir

Dünya

17 Noyabr 2025, 18:55

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan 20–21 noyabr tarixlərində Astanaya dövlət səfəri edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb.

 

Səfər proqramına iki ölkənin nümayəndə heyətlərinin danışıqları daxildir.

 

Görüşlər zamanı Qazaxıstan və Ermənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə