Modern.az

İranla razılaşmaya açığıq - TRAMP

İranla razılaşmaya açığıq - TRAMP

Dünya

18 Noyabr 2025, 23:18

“Biz İranla razılaşmaya açığıq”.

 

Modern.az -ın məlumatına görə, bu sözləri Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüş zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

 

"İranla razılaşma əldə etmək gözəl olardı və biz bunu müharibədən əvvəl edə bilərdik, amma, alınmadı. Fikrimcə, onlar başqa bir şey desələr də, razılaşma əldə etməkdən məmnun olarlar", - deyə Tramp bildirib.

 

Məhəmməd bin Salman İranın ABŞ ilə razılaşma əldə etmək istədiyinə inandığını deyib və ölkəsinin bu razılaşma üçün əlindən gələni edəcəyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı