Modern.az

Tramp 1,1 milyard kasıbladı 

Tramp 1,1 milyard kasıbladı 

Dünya

23 Noyabr 2025, 08:53

ABŞ Prezidenti Donald Trampın sərvəti 2025-ci ilin sentyabrından bəri 1,1 milyard dollar azalaraq 6,2 milyard dollara düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

 

Nəşrin qeyd etdiyinə görə, bu itki əsasən “Trump Media & Technology Group” şirkətinin səhmlərinin ucuzlaşması ilə əlaqədardır. Sentyabr ayında şirkətin bir səhmi təxminən 17 dollara satılırdısa, hazırda onu 10,30 dollara almaq mümkündür.

 

Amerika lideri “Forbes” milyarderlər siyahısında hazırda 595-ci yeri tutur. Sentyabrın əvvəlində jurnal Trampın sərvətinin 7,3 milyard dollara çatdığını və onun dünyanın ən varlı şəxsləri arasında 201-ci pillədə qərarlaşdığını bildirmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır