Modern.az

Dövlət başçısı keçmiş düşməninin qızı ilə evlənib - 7 uşaq anası olan birinci ledi - FOTOLAR

Dövlət başçısı keçmiş düşməninin qızı ilə evlənib - 7 uşaq anası olan birinci ledi - FOTOLAR

7 Aprel 2014, 12:31

Qətər əmirinin həyat yoldaşı gözəlliyi ilə də fərqlənir

Modern.az saytı “Birinci ledilər layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Növbəti yazımızda Qətər dövləti əmirinin birinci xanımından bəhs edirik.

İstənilən gözəl və ağıllı qadın kimi Şeyxa Mozah da İslamda icazə verilən çoxarvadlılığın əleyhinədir. O, xarici mətbuata müsahibələrindən birində belə deyib: “Gənc nəslin artıq belə problemi yoxdur. Şəriət, əksinə, çox nikahlılığa icazə verir və buna qarşı heç nə edə bilməzsən, ancaq gələcəkdə, nikah institutu özü təkmilləşdiriləcək”.

Söhbət Qətər dövlət başçısının həyat yoldaşı Şeyxa Mozahdan gedir. O qadından ki, Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin üç arvadından biridir. Ancaq o digər xanımlardan tamamilə fərqlənir. Şeyxa Mozah əmirin yeganə arvadıdır ki, birinci ledi kimi tanınır. Hətta əmirin digər iki arvadının adları belə açıqlanmır.

Düşmənin qızı necə birinci ledi oldu?

Şeyxa Mozahın atası indiki əmirin atasına müxalifətdə olub. Bu səbəbdən Misir və Küveytdə uzun zaman sürgündə yaşayıblar. İndiki birinci ledinin atası bölgədəki güclü şeyxlərdən biriydi. O dövrdə ailələrin çoxu qızlarını oxutmasa da, şeyx qızını oxutmağa qərarlı olub.

Şeyxa Mozah Qatar universitetinin sosiologiya fakültəsində təhsili alarkən o zaman vəliəhd olan gələcək əri ilə tanış olub və dərhal 18 yaşındaykən ikinci arvadı olaraq evlənib. 18 yaşında evlənməsinə baxmayaraq liberal fikirləri ilə tanınan vəliəhd, arvadının oxumasına maneə törətməyib.

Xalqın qarşısına çıxan ilk birinci ledi

Mozah bir xeyli uzun boylu və çox dəbdəbəli həyat sürən bir qadındır. Digər ərəb ölkələrindəki əmr, kral arvadlarından fərqli olaraq həm də çox fəal birinci ledidir.

O, körfəz ölkələrində xalqın önünə çıxan ilk birinci ledi kimi də tarixə düşüb. Şeyxa Mozah əvvəlcə ölkəsində ictimai layihələrin həyata keçirilməsində xüsusi fəallıq göstərib, sonra xaricdə də bir çox fəaliyyəti ilə diqqəti cəlb edib. Birinci ledinin geydiyi hər paltar, ayaqqabı və çantanı məşhur stilistlər hazırlayır. Məsələn, Şeyxa Mozah Parisə səfərində ayaqqabısı, belinə taxdığı brilyant və incilərlə bəzənmiş kəməri ilə o vaxt Fransanın birinci ledisi olan Karla Brunini belə kölgədə qoymuşdu. Qeyd edək ki, Qətər əmiri bütün xarici səfərlərində üç arvadından yalnız Şeyxa Mozanı özü ilə aparır. Qərbli geyim tərzini mənimsəyən Mozah sanki dünya liderlərinin həyat yoldaşları ilə gözəllik yarışına qoşulub. Amma bu gözəlliyi onun heç də 5 oğul və 2 qız anası olduğuna adamı inandırmır. Bəzi iddialara görə, Qətərin birinci ledisi qəd-qamətini plastik cərrahiyyə əməliyyatları keçirməklə qoruyur. Ancaq Şeyxa Mozah heç də özünü 30 milyard avro sərvəti olan əmirin həyat yoldaşı kimi aparmır. Gözəlliyi, cazibədarlığı ilə yanaşı, sadəliyi ilə də seçilir.

Böyük dəyişikliyin simvolu

Şeyxa Mozah Qətərdə isə tamam fərqli geyinir, qara çarşabda gəzir, amma saçları görünür, boynunu isə çox vaxt brilyant qablı sırğalar bəzəyir. Qadınların çoxunun örtük taxdığı Qətərdə Şeyxa Mozah əmrin 24  il əvvəl atasının yerinə keçişi ilə başlayan böyük dəyişikliyin sanki simvoludur. Təhsilin inkişafı üçün layihələrin reallaşmasına ciddi nəzarət edir, zorakılıqla üzləşən qadınlara ilk sığınacaq evini açdırıb. Qətərdə demokratiyadan danışmaq çətin olsa da, Mozah yaratdığı Demokratiya Fonduna da rəhbərlik edir. İngiliscə sərbəst danışır, özündən əmin və cəsur duruşu ilə qadını cəmiyyətdən kənara itələyən anlayışa sanki meydan oxuyur.

Şeyxa Mozah körfəz ölkələrində tabuları sarsıtmağa başlayıb. Dünya səhnəsinə çıxdığı gündən bəri layihələri ilə demək olar hamının diqqətini özünə cəlb etməyi, hətta bəzilərini təəccübləndirməyi bacarıb. Amerikanın siyasət-moda və pop-mədəniyyət jurnalı “Vanity Fair” onu dünyanın ən qəşəng qadını seçib. “Forbes” jurnalı onu dünyanın ən güclü 100 qadını siyahısına daxil edib. Birinci ledi YUNESKO-nun orta və ali təhsil sahəsində xüsusi nümayəndəsi seçib.

Vəhhabilik torpaqlarında birinci ledi


Sünni İslamın ən radikal budağı olan vəhhabiliyin qurucusu və ərəb yarımadasını 18-çi əsrdə şəriət rejimi ilə idarə edən dini lider Məhəmməd İbn Abdul Vəhabi bu günləri görsəydi hər halda məzarında tərs dönərdi. Niyə? Çünki Qətər əmirinin həyat yoldaşı Şeyxa Mozah vəhhabiliyin hələ hökm sürdüyü Qətər torpaqlarında bu günə qədər heç görülməmiş növdə müasir bir "əmirin həyat yoldaşı" portreti çızmağı bacarıb.

Əri ölkə rəhbərliyinə gəldikdən sonra Şeyxa Mozahın mətbuat azadlığının genişləndirilməsi, qadınlara ilk dəfə seçmə və seçilmə haqqının verilməsi kimi meydana gələn liberal islahatlara da təsiri olduğu bildirilir.

Ölkəsinin siyasi və ictimai həyatında əhəmiyyətli rolları boynuna götürən Şeyxa Mozahın sanki əl atmadığı sahə yoxdur. Birinci ledi Qətər əmirinin sahibi olduğu “Əl Cəzirə” telekanalında 2005-ci ildə ərəb ölkələrindəki uşaqların inkişafına köməkçi olmaq məqsədilə “Əl Cəzirə” uşaq kanalını açıb.

Qatar əmirinin həyat yoldaşı Şeyxa Mozah eynilə Suriyanın Qərb tədris sistemindən keçən Suriyanın gözəl birinci ledisi Əsma Əsəd kimi ölkəsinin demokratiya, təhsil kimi sahələrdə ediləcək islahatlarla daha irəliyə getməsi üçün çalışır. Eynilə Əsma Əsəd kimi o da müasirliklə İslam mədəniyyətinin bir-biri ilə ziddiyyət təşkil etməyəcəyini, ikisi arasında bir tarazlıq qurula biləcəyini müdafiə edir.













Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı