Modern.az

Şamaxıda maşın kanala aşdı - Ər-arvad yaralandı

Şamaxıda maşın kanala aşdı - Ər-arvad yaralandı

Hadisə

1 Dekabr 2025, 10:12

Şamaxıda yol qəzası baş verib. Hadisə səhər saatlarında Bakı–Şamaxı–Yevlax yolunun 108-ci kilometrliyində qeydə alınıb.

Modern.az xəbər verir ki, hərəkətdə olan minik avtomobilinin sürücüsü, Oğuz rayon sakini, 49 yaşlı Seymur Dadaşov idarəetməni itirərək yoldan çıxıb və avtomobil suötürücü kanala aşıb.

Qəza nəticəsində sürücü Seymur Dadaşov və onun həyat yoldaşı, 45 yaşlı Səidə Dadaşova müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır