Modern.az

Günəşdə ilin ən güclü partlayışı

Günəşdə ilin ən güclü partlayışı

1 Dekabr 2025, 10:38

Günəşdə 2025-ci ilin ən güclü partlayışlarından biri baş verib.

Modern.az xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz Telegram-kanalında məlumat yayıb.

“Erkən səhər saatlarında Günəşdə ən yüksək - X sinfinə aid güclü partlayış qeydə alınıb. İlkin məlumatlara görə, onun gücü X1,95 bal təşkil edib və pik anı Moskva vaxtı ilə saat 05:49-a (Bakı vaxtı ilə 06:49-a) təsadüf edib. Gücünə görə bu alışma 2025-ci ilin əvvəlindən bəri ulduzumuzda qeydə alınan ən güclü beş partlayışın sırasına daxildir”,- deyə o yazıb.

Sinoptikin sözlərinə görə, partlayışın formalaşdığı sahə Günəş–Yer xəttindən əhəmiyyətli dərəcədə uzaqda yerləşir. Buna görə də Günəş maddəsinin Yerə çatma ehtimalının son dərəcə az olduğu qeyd olunub.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır