Modern.az

Ərdoğan Makronla telefonla danışdı

Ərdoğan Makronla telefonla danışdı

Aktual

3 Dekabr 2025, 12:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub. 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası “X” hesabında paylaşıb. 

Tərəflər söhbət zamanı ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsi, regional və qlobal məsələləri müzakirə ediblər. 

Liderlər həmçinin Cənubi Qafqaz, Qəzza və Suriyadakı son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi