Modern.az

Vəkil məhkəmədə döyüldü

Vəkil məhkəmədə döyüldü

4 Dekabr 2025, 20:02

Vəkil Elçin Əhmədov məhkəmədə döyülüb.

Modern.az xəbər verir ki, hadisə Xətai Rayon Məhkəməsində baş verib.

Vəkil icraatında olan cinayət işində qarşı tərəfi təmsil edən şəxs tərəfindən hücuma məruz qalıb. Nəticədə o, yüngül xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, dekabrın 4-də paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında ərazi polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov məsələyə münasibət bildirib. O bu barədə öz sosial media hesabında paylaşım edərək vəkilə dəstəyini ifadə edib:

"Hörmətli vəkilimiz Elçin Əhmədovla danışdım, hadisənin təfərrüatı barədə ətraflı məlumat aldım. Hazırda məsələ DİN tərəfindən araşdırılır. Vəkilə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması qaçılmazdır. Məsələni şəxsi nəzarətimdə saxlayacağam", - deyə o vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır