Zərdabda qəza törədən şəxs xanəndə olub.
Modern.az-ın məlumatına görə, “Muğam müsabiqəsi”nin iştirakçısı olan Məftun Məmmədovun idarə etdiyi avtomobil qəzayra uğrayıb.
Hadisə nəticəsində xanəndənin atası İntiqam Məmmədov və azyaşlı övladı Tunar Məmmədov həyatını itirib.
***
12:20
Zərdabda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, Zərdab–Kürdəmir avtomobil yolunda hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 4-ü xəsarət alıb. Yalananlar Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.



