Modern.az

86 yaşlı kişi kanalda boğularaq öldü

86 yaşlı kişi kanalda boğularaq öldü

Hadisə

11 Dekabr 2025, 13:56

Gəncədə yaşlı kişi su kanalına düşüb.

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, 86 yaşlı H.Cəfərov qəsəbə ərazisində su kanalına düşüb. O, hadisə yerində həyatını itirib.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla  bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır