Modern.az

Korrupsiyaya görə tutulan məmurun yerinə TƏYİNAT

Korrupsiyaya görə tutulan məmurun yerinə TƏYİNAT

Aktual

11 Dekabr 2025, 19:20

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Modern.az xəbər verir ki, bununla bağlı icra başçısı Süleyman Mikayılov əmr imzalayıb.

Belə ki, yeni təyinat Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçi (mühəndis) vəzifəsi üzrə aparılıb və əmrə əsasən, bu posta Kamran Əliyev təyinat alıb. O, hazırda şöbədə çalışan yeganə əməkdaş olduğundan müdir vəzifəsinin müvəqqəti icraçısı müəyyən olunub.

K.Əliyev bu vəzifədə ötən ay Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində keçirilən yoxlamalar zamanı həbs edilmiş Qafar Abdullayevi əvəzləyib. (Mənbə: iqtisadiyyat.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır