Modern.az

Leyla Əliyeva Sanatoriyanı ziyarət edib

Leyla Əliyeva Sanatoriyanı ziyarət edib

Aktual

11 Dekabr 2025, 21:39

Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib.

 

Modern.az xəbər verir ki, ziyarət çərçivəsində müəssisənin fəaliyyəti, tibbi xidmətlərin təşkili və uşaqlar üçün yaradılan şəraitlə tanışlıq olub. Dispanserdə aparılan yenilənmə işləri, göstərilən diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər müzakirə edilib.

 

Səhiyyə naziri Teymur Musayev ölkəmizdə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihələrə verilən dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi