Modern.az

Rayonlara yağış yağır - GÜNÜN HAVASI

Rayonlara yağış yağır - GÜNÜN HAVASI

Aktual

12 Dekabr 2025, 10:15

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunub.

Düşən yağıntının miqdarı Lənkəran və Qəbələdə 5, Bakıda və Abşeron yarımadasında 3, Quba, Qusar, Qax və Şəkidə 2, Kəlbəcər, Göyçay, Zaqatala, Şahbuz, Oğuz, Altıağac, Sabirabad, Şirvan, Şamaxı, Şabran və Xaltanda 1 mm-dir.

Sumqayıt, Daşkəsən, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Zaqatala, Balakən, Qax, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Tərtər, Qusar, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi