Modern.az

Türkiyədə ağır yol qəzası - Ölənlər var

Türkiyədə ağır yol qəzası - Ölənlər var

Dünya

21 Dekabr 2025, 09:13

Türkiyədə ağır yol qəzası baş verib.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Çanaqqala şəhərində qeydə alınıb.

 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 1 nəfər yaralanıb. O xəstəxanaya çatıdırılıb.

 

Məlumata görə, qəzaya səbəb atomobillərdən birinin sürücüsünün yol hərəkəti qaydasını pozması olub. Belə ki, polisin "dayan" tələbinə tabe olmayan sürücü nəqliyyat vasitəsini dayanmadan idarə edib. Nəticədə avtomobil qarşıdan gələn nəqliyyat vasitəsisinin yoluna çıxaraq onunla toqquşub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır