Modern.az

Yeniyetmələrə nalayiq hərəkətlər etdiyi deyilir - araşdırma aparılır

Yeniyetmələrə nalayiq hərəkətlər etdiyi deyilir - araşdırma aparılır

Ölkə

22 Dekabr 2025, 12:52

Azərbaycanda sosial şəbəkələrdə diqqətçəkən kampaniya başladılıb. Belə ki, yüzlərlə sosial media istifadəçiləri  şəxsiyyəti hələ müəyyən edilməmiş şəxsin fotosunu paylaşaraq onun ictimai nəqliyyatda - metro və avtobusda yeniyetmələrə qarşı nalayiq hərəkətlər etdiyini, bununla bağlı tədbir görülməsinə çağırış edib. 

Modern.az hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov sorğumuza cavabında bildirib ki, sosial mediada paylaşılan şəxslə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi