Bu ilin əvvəlindən indiyədək Azərbaycanda müntəzəm avtobus marşrutları ilə 494 milyondan çox sərnişin daşınıb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata əsasən, bu göstərici ötən ilə nisbətən 19 milyon nəfər artıb. Bu, gündəlik 1 milyon 350 min sərnişin deməkdir.