Modern.az

Zelenski Trampla 5 məsələni müzakirə edəcək

Zelenski Trampla 5 məsələni müzakirə edəcək

Dünya

27 Dekabr 2025, 18:23

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşəcək.

Modern.az xəbər verir ki, görüşdə Rusiya ilə münaqişənin həlli üçün beş məsələ müzakirə ediləcək.

Zelenski Trampla danışıqlar zamanı ABŞ və AB-dən Kiyevə təhlükəsizlik zəmanətləri, Avropadan hərbi komponentlərin verilməsi və Ukraynanın inkişafı, bərpası planlarının müzakirə olunacağını deyib.

Onun sözlərinə görə, Kiyev və Vaşinqton ardıcıl tədbirlər planını ayrıca nəzərdən keçirəcəklər.

Qeyd edək ki, bu gün Zelenski Kanadaya gedib və oradan ABŞ-yə yollanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi