Modern.az

Bir şəklin tarixçəsi: SSRİ-yə rəhbərlik etmiş 3 qüdrətli qoca

Bir şəklin tarixçəsi: SSRİ-yə rəhbərlik etmiş 3 qüdrətli qoca

Reportaj

15 Aprel 2014, 13:01


Qüdrətli dövlətərə nostalji hissi həmişə olub. Bu dövlətlərin yüksəlişi və qürubu təkcə tarixdə deyil, o epoxada yaşayan insanların yaddaşında da əksini qoyub. SSRİ... 70 il dünya ağalığı etmiş bu dövlətin kabusu yenidən başımızın üstündə dolaşmaqdadır. Putinin Avrasiya İttifaqı ideyası sovet nəslinin bu nostaljisinin xoş əhavlına çevrilib. 

Modern.az saytında “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyimiz bu fotoda SSRİ-yə rəhbərlik etmiş 3 nəfər bir aradadır. Həlim və kövrək Brejnev, soyuq və sərt Andropov, təsərrüfatçı Çernenko...
Onlarıın hər biri SSRİ vətəndaşlarının sovet yaddaşında ayrı-ayrılıqda xatırlanır. Brejnev ərzaq növbələri və uzun darıxdırıcı “durğunluq illəri”, Andropov iş rejiminin gücləndirilməsinə dair  absurd qərarı, Çernenko isə xəstə və zəif vucudu ilə...

SSRİ ordu dayaqları üzərində qurulmuş dövlət idi. Onun siyasi rəhbərləri həmişə bunu nəzərə alırdılar..

İndi SSRİ yoxdur. İmperiyanın  dağılacağı ilə yeni azad dünyanın yaranacağı ümidləri də yoxdur... Əvəzində insan talelərinin oyuncaq kimi oynandığı bir dünya var. Həmişə olduğu kimi... Sadəcə bu oyuncağı oynadanlardan biri - SSRİ yoxdur. Onun başımız üstündə hərlənən kabusu isə bu nostaljinin kədərli mənzərəsidir. Qüdrətli dövlətdə yaşamış sovet adamının özünütəsdiq instiktidir...

X. SƏFƏROĞLU  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı