Rusiyanın Krasnoyarsk diyarının keçmiş deputatı Aleksandr Xakonov Ukrayna ilə müharibədə həlak olub.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, o, həyat yoldaşını öldürməkdə təqsirli bilinsə də, "Vaqner" özəl hərbi şirkəti ilə müqavilə imzaladıqdan sonra məhkəməyəqədər həbsdən azad edilib.
Rusiya Liberal Demokrat Partiyasından Krasnoyarsk diyarının eks-deputatı 2022-ci ilin yayında həyat yoldaşının qətlinə görə 8 il həbs cəzasına məhkum edilmişdi.