Modern.az

Peşə məktəbin həyətində tələbənin meyiti tapıldı

Peşə məktəbin həyətində tələbənin meyiti tapıldı

Hadisə

12 Yanvar 2026, 10:56

Gəncədə yeniyetmənin meyiti tapılıb.

Modern.az məlumat verir ki, hadisə şəhərdə yerləşən peşə məktəblərinin birinin həyətində qeydə alınıb. Bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlanıb. Onun peşə məktəbinin tələbəsi olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 18 yaşlı gənc ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır. (Mənbə APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır