Modern.az

Şəkidəki hadisə ilə bağlı cinayət işi açıldı

Şəkidəki hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə

12 Yanvar 2026, 19:59

Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Şəki Rayon Prokurorluğundan məlumat verilib.

 

Araşdırma zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şəki Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır