Modern.az

İran rejiminin son günləridir - Almaniyadan REAKSİYA

İran rejiminin son günləridir - Almaniyadan REAKSİYA

Dünya

14 Yanvar 2026, 00:11

Almaniya kansleri Fridrix Merts İranda baş verən hadisələr fonunda ölkə rəhbərliyinin legitimliyini şübhə altına alıb.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Hesab edirəm ki, hazırda bu rejimin son günlərini və həftələrini müşahidə edirik”, - kansler deyib. Onun sözlərinə görə, İran rəhbərliyinin mövcud vəziyyəti idarə etmək qabiliyyəti ciddi suallar doğurur.

Fridrix Merts X sosial şəbəkəsində paylaşımında da İrandakı zorakılıqlara toxunaraq qeyd edib ki, rejimin öz xalqına qarşı tətbiq etdiyi zorakılıq güc əlaməti deyil, əksinə zəifliyin göstəricisidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!