Modern.az

Milli Qəhrəmanın dəfn yeri AÇIQLANDI

Milli Qəhrəmanın dəfn yeri AÇIQLANDI

Aktual

15 Yanvar 2026, 09:20

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin harada dəfn olunacağı açıqlanıb.

Bu barədə Modern.az-a Milli Qəhrəmanın gəlini Nigar Tağıyeva məlumat verib.

O qeyd edib ki, mərhumun dəfn mərasimi yanvarın 16-sı saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.

Yas mərasimi isə 17 yanvar saat 11:00-da Təzəpir məscidində olacaq.

Xatırladaq ki, İsveçdə yaşayan Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev 2025-ci il dekabrın 29-da vəfat edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneini oğlu əvəzlədi - Pezeşkian 2-ci plana keçdi