Modern.az

Milli Məclis BMT ilə bağlı bu sənədi ratifikasiya edəcək

Milli Məclis BMT ilə bağlı bu sənədi ratifikasiya edəcək

Parlament

28 Yanvar 2026, 10:18

Milli Məclis “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nı ratifikasiya edəcək.

Modern.az-ın xəbərinə görə, bu barədə qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV