Modern.az

67 ildir ABŞ-yə dözürükKuba səfirinin Modern.az-a MÜSAHİBƏSİ

67 ildir ABŞ-yə dözürük - Kuba səfirinin Modern.az-a MÜSAHİBƏSİ

Müsahibə

28 Yanvar 2026, 15:32

Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsion Modern.az-a müsahibə verib. Səfir ABŞ-nin Venesuelaya müdaxiləsindən, Venesuelaya göstərdikləri dəstəkdən və ABŞ-dən gələ biləcək təhdidlərdən danışıb.

Müsahibəni təqdim edirik:

- Cənab səfir, Vaşinqtonun Venesuelaya qarşı sonuncu əməliyyatı nəticəsində bu ölkənin prezidenti və həyat yoldaşı ələ keçirilərək ABŞ-yə aparıldı. Kuba belə bir addımdan sonra özünü təhlükədə hiss edirmi?

- Artıq 67 ilə yaxındır ki, Kuba ABŞ tərəfindən bu və ya digər təhdidlərə məruz qalır. Bu, bizim üçün yeni bir şey deyil. Biz belə yaşamağa öyrəşmişik. Kuba ABŞ imperializminin təhdidlərinə qarşı özünü hazır hiss edir. Venesuelaya qarşı aqressiyanı biz də çox pis qarşıladıq. Fikirləşirik ki, bu illeqal bir aktdır. Faktı prezident Maduro və həyat yoldaşının qaçırılması kimi qiymətləndiririk. Maduronun ölkəsinə geri qaytarılmasını tələb edirik. Kuba qorxmur və öz suverenliyi və müstəqilliyini qorumaq niyyətindədir.


- Baş verənlərdən sonra Kuba prezidentinin təhlükəsizliyi necə təşkil olunur?

- Kuba prezidentinin təhlükəsizliyi hazırda olduqca yüksək səviyyədə təşkil edilir. Ötən gün Xose Martiyə həsr edilən böyük bir tədbirdə iştirak edib. Kuba xalqı onu çox yaxşı şəkildə qoruyur. Biz sülh içərisində yaşamaq istəyirik. İstəyirik ki, ABŞ ilə çox yaxşı münasibətlər içərisində olaq. Amma müəyyən şərtlər daxilində. Kuba suverenliyini ən axırıncı ana qədər qorumağa hazırdır.

- ABŞ tərəfindən iqtisadi əlaqələrin qurulması ilə bağlı təklif gəlsə, Kuba buna necə reaksiya verər?

- Şərtlər bizə də uyğun olsa, həmişə yaxşı münasibətlər saxlamağa hazırıq. Biz bu məsələ üzərində həmişə çalışmışıq. Lakin ABŞ Kubanı həmişə yaxşı bir desert kimi görür və ondan faydalanmağa çalışır. Bizim ABŞ-yə qarşı yaxşı münasibət göstərdiyimiz hallar da olub. Amma biz heç vaxt başımızı aşağı salmayacağıq. Bizi 67 il blokadafda saxlayıblar. Biz 67 ildir, bu aqressiv münasibətə dözürük.

- Hazırda Venesuela xalqını hansı sahələrdə və necə dəstəkləyirsiniz?

- Biz həmişə Venesuela xalqına böyük dəstək vermişik. Çoxsaylı səhiyyə işçilərindən ibarət briqadaların hazırda xidmətlərini misal göstərə bilərəm. Bu dəstəyimiz bütün ölkə üzrə özünü göstərir. Və idman məşqçilərimiz orada fəaldırlar, mənəvi dəstək verirlər. Otuz iki kubalı xidməti vəzifələrini yerinə yetirərkən həlak olub. Təsəvvür edin ki, Kubaya hücum edilsəydi, nə baş verərdi. Yəni kubalılar son nəfəslərinə qədər vuruşardılar.

- Yeri gəlmişkən, hərbçilərinizin Venesuelada olması nəyə əsaslanıb?

- Venesuelada ölən Kuba əsgərləri hər iki ölkə arasında müdafiə qurumlarının imzaladığı müqaviləyə uyğun olaraq orada fəaliyyət göstərib.  Oradakı zabitlər öz missiyalarına görə sonuncu nəfəslərinə qədər döyüşürdülər. 32 əsgər və zabitimiz ölüb. Biz çox şadıq ki, Azərbaycan və Venesuela ilə həmrəylik münasibətləri saxlayırıq.

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!