Modern.az

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç 

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç 

Aktual

30 Yanvar 2026, 12:42

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilib.

Komitədən Modern.az-a bildirilib ki, verir ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə 10 ailə - 52 nəfər köçürülüb. Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Naxçıvanı vurdu - Gündəm Masada