Modern.az

Lavrov Azərbaycanla bağlı nə dedi...

Lavrov Azərbaycanla bağlı nə dedi...

Aktual

31 Yanvar 2026, 11:21

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına geniş müsahibə verib.

S.Lavrovdan Türkiyə mediası üçün ilk üzbəüz müsahibəni qardaş ölkədə yaşayan tanınmış azərbaycanlı jurnalist Sevil Nuriyeva alıb. Lavrov jurnalistin Ukrayna müharibəsi, Türkiyə-Rusiya, ABŞ-Rusiya münasibətlərinə və digər mövzulara dair suallarını cavablandırıb.  

Modern.az xəbər verir ki, Lavrov müsahibədə Azərbaycanla bağlı məqama toxunub.

Rusiyalı nazir qeyd edib ki, Azərbaycan "3+3" formatının əsas liderlərindən biridir:

"Cənubi Qafqaz regionu Türkiyə ilə Rusiyanın ortaq qonşusudur. Türkiyə Azərbaycanla birlikdə “3+3” formatının əsas liderlərindən biriydi. Nazirlər səviyyəsində artıq toplantı reallaşıb. İndi nazirlər səviyyəsində növbəti - üçüncü görüş hazırlanır. Gürcü qonşularımız bu formatda iştirakdan çəkinirlər. Amma onlara qapıların açıq olduğunu həmişə bildiririk. Həmkarım Hakan Fidan üçüncü nazirlər toplantısını aktiv şəkildə dəstəkləyir. Hazırda toplantını yeri müəyyənləşdirilir".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır