Modern.az

Məktəblilərin qış tətili sabah başa çatır

Məktəblilərin qış tətili sabah başa çatır

Təhsil

31 Yanvar 2026, 13:20

Sabah ümumi təhsil müəssisələrində qış tətili başa çatır.

Modern.az xəbər verir ki, beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-si olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edib. 5 gün davam edən tətil məktəbəhazırlıq qruplarına da şamil edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Verilişləri eyni gündə BAĞLANDI - Zaurlar, Xoşqədəm, Lalə Azərtaş...