Modern.az

Professor Rəsulzadənin məzarını yudu - VİDEO

Professor Rəsulzadənin məzarını yudu - VİDEO

Aktual

31 Yanvar 2026, 17:27

Türkiyədə yaşayan azərbaycanlı professor Xaləddin İbrahimli Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərindəki məzarını ziyarət edib.

Modern.az xəbər verir ki, ziyarətlə bağlı sosial şəbəkədə paylaşım edən tarixçi alimin Rəsulzadənin məzarını yumağı diqqət çəkib.

Sosial şəbəkə izləyiciləri professorun Rəsulzadəyə bu sayğısını alqışlayıblar.

Qeyd edək ki, bu gün görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.
Məhəmməd Əmin Rəsulzadə Ankaradakı Əsri qəbirstanlığında dəfn edilib.
 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!