Modern.az

Eks-prezident Epşteyn işi ilə bağlı ifadə verəcək

Eks-prezident Epşteyn işi ilə bağlı ifadə verəcək

3 Fevral 2026, 09:08

ABŞ-;n sabiq prezidenti Bill Klinton və onun xanımı, sabiq dövlət katibi Hillari Klinton Ceffri Epşteyn işində ifadə verəcəklər.

Modern.az xəbər verir ki, onlar Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında çıxış etməyə razılıq veriblər.

Bundan əvvəl, Ceffri Epşteyn sağlığında istintaqa ifadəsi zamanı cinayət işində adı və fotoşəkilləri olan Bill Klintonla münasibətləri ilə bağlı sualları cavablandırmaqdan imtina etmişdi.

Müstəntiqlər Klintonun yetkinlik yaşına çatmayan uşaq və yeniyetmələrə qarşı cinsi istismarın baş verdiyi Epşteynin adasına baş çəkib-çəkmədiyini aydınlaşdırmaq istəyirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?