Modern.az

Vətəndaşları narazı salan dövlət qurumları - ADLAR

Vətəndaşları narazı salan dövlət qurumları - ADLAR

Ölkə

3 Fevral 2026, 11:36

2025-ci il ərzində Ombudsmanın 916 Çağrı Mərkəzinə edilmiş müraciətlərin dövlət orqanları üzrə statistikası məlum olub.

Modern.az-ın məlumatına görə, ən çox şikayət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən edilib. Belə ki, ötən il ərzində qurumla əlaqədar Ombudsmana 2602 zəng daxil olub. İkinci sıranı Ədliyyə Orqanları ilə bağlı edilmiş zənglər tutur. 2025-ci ildə ədliyyə orqanları ilə əlaqədar Ombudsmanın çağrı mərkəzinə 2272 zəng daxil olub. Daxili İşlər Nazirliyi ilə bağlı 1882 zəng edilib. TƏBİB-dən şikayət zənglərinin sayı 750, Elm və Təhsil Nazirliyindən edilən şikayət zənglərinin sayı isə 686 olub. Digərləri ilə müqayisədə daha çox şikayət daxil olan qurumlar sırasında prokurorluq orqanları da var. Belə ki, ötən il prokurorluq orqanları ilə bağlı Ombdsmanın çağrı mərkəzinə 650 zəng daxil olub.

Digər qurumlarla bağlı məlumatla aşağıdakı şəkildən tanış ola bilərsiniz:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!