Modern.az

Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı

Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı

Hadisə

5 Fevral 2026, 17:19

Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların müalicə və dərman təminatının gücləndirilməsi istiqamətində mühüm addım atılır.

Modern.az xəbər verir ki, TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi xüsusi dövlət proqramı çərçivəsində dərman vasitələrinin satın alınması üçün irimiqyaslı tender elan edib.

Satınalmanın ehtimal olunan qiymət 10 560 089,72 azn (on milyon beş yüz altmış min səksən doqquz manat, yetmiş iki qəpik) təşkil edir.

Tenderin predmeti, əsasən, peritoneal və tarazlıq dializ avadanlıqları, həmçinin xəstələrin həyat fəaliyyəti üçün zəruri olan xüsusi ləvazimat və dərman preparatlarını əhatə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...