Modern.az

“Qəhvə içməyə vaxtım yoxdur” – Zelenski

“Qəhvə içməyə vaxtım yoxdur” – Zelenski

Dünya

8 Fevral 2026, 23:32

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə yaşanan ciddi enerji böhranı şəraitində gündəlik iş rejimi ilə bağlı açıqlama verib.

Modern.az-ın məlumatına görə, dövlət başçısı bildirib ki, mövcud vəziyyətdə bütün diqqəti və vaxtı ölkənin fəaliyyətini davam etdirməsinə yönəlib.

“Qəhvə və ya çay içməyə, hər gün yüzlərlə yazı oxumağa vaxtım yoxdur. Əgər vaxtımı bunlara sərf etsəm, ölkədə işıq olmaz”, – deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, normal şəraitdə yaxşı bloqçu ola bilərdi, lakin hazırda əsas prioriteti dövlətin idarə olunmasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?