ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 10-11-i tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
Modern.az xəbər verir ki, məlumatı Vensin mətbuat katibi Azadlıq Radiosuna təsdiqləyib.
Vens fevralın 9-10-da Ermənistana, ardınca 10-11-də isə Azərbaycana səfər edəcək.
Səfər zamanı ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq vitse-prezidentə müşayiət edəcək.
Bildirilir ki, bu səfər ABŞ administrasiyasının sülh təşəbbüslərini dəstəkləmək və "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsini təşviq etmək məqsədilə həyata keçirilir.