Modern.az

İran parlamenti qapalı iclas çağırdı: ABŞ-la danışıqlar müzakirə edilir

İran parlamenti qapalı iclas çağırdı: ABŞ-la danışıqlar müzakirə edilir

Dünya

9 Fevral 2026, 10:46

İran parlamenti bu gün ABŞ-la aparılan danışıqlarla bağlı qapalı iclas keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə İran İSNA məlumat yayıb.

İclasda xarici İşlər naziri Abbas Arakçi də iclasda iştirak edəcək.

İran və ABŞ arasında nüvə danışıqları təxminən səkkiz aydan sonra 6 fevralda Omanın Masqat şəhərində yenidən başlayıb.

Omanın vasitəçiliyi ilə keçirilən danışıqlarda İranın xarici işlər naziri Abbas Arakçi və ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff, eləcə də Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri iştirak ediblər.

Danışıqlardan sonra İran dövlət televiziyasına danışan Arakçi deyib: "Çox müsbət bir atmosferdə arqumentlərimizi bölüşdük və qarşı tərəf öz fikirlərini bizə çatdırdı".
Nazir bildirib ki, tərəflər "danışıqları davam etdirməyə razılaşıblar, lakin metod və cədvəl daha sonra müəyyən ediləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi