Modern.az

Türkiyə parlamentində dava Deputat xəsarət aldı

Türkiyə parlamentində dava - Deputat xəsarət aldı

Dünya

11 Fevral 2026, 17:53

Türkiyə Böyük Millət Məclisində (TBMM) dava düşüb.

Modern.az xəbər verir ki, davaya səbəb Akın Gürlekin ədliyyə naziri kimi and içməsi olub.

Belə ki, CHP-li deputatlar keçmiş prokurorun siyasətlə məşğul ola bilməyəcəyini bildiriblər.

AK Partiyanın fraksiya sədrinin müavini Abdülhamit Gül isə buna cavab olaraq andiçmə mərasiminin baş tutmalı olduğunu vurğulayıb. Bundan sonra gərginlik artıb.

Akın Gürlek hərəkət etdiyi zaman bəzi AK Partiyalı deputatlar onun ətrafını əhatəyə alıblar. Ardınca CHP-li deputatlarla AK Partiyalı deputatlar arasında yumruq davası baş verib. CHP-dən Mahmut Tanal ilə AK Partiyadan Osman Gökçek arasında qarşılıqlı yumruqlaşma yaşanıb.

Hadisə zamanı tribunaya doğru iki ədəd Konstitusiya kitabçası atılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada