Arxiv
12 May 2014, 09:49 | MÜSAHİBƏ
“Türkiyənin bölünməsini siyasi müstəviyə çıxarmaq istəyirlər”- MÜSAHİBƏ

Vətəndaş Həmrəyliyi Partiyasının  (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Modern.az saytına müsahibə verib.

İnsanlıq müharibəsiz yaşaya bilmir...

- Son zamanların təhlilləri göstərir ki, Azərbaycanın yerləşdiyi region, ümumiyyətlə postsovet məkanı Rusiya təhdidləri və təzyiqləri ilə üz-üzədir. Nəzərə alsaq ki, Azərbaycanın Qarabağ probleminin mövcud olduğu şəraitdə regionun gələcəyi barədə sensasion ehtimallar səsləndirilir. Eyni zamanda bölgədə Avropa, ABŞ, İran, Rusiya və Türkiyənin də maraqları toqquşur. Geopolitik rəqabətdə Azərbaycanın yeri sizin baxış bucağınızdan necə görünür?

- Çox mürəkkəb proseslər gedir. Nəyin yaxşı, nəyin pis olduğunu birmənalı qiymətləndirmək, əvvəlcədən proqnozlar vermək son dərəcə çətindir. Bizim “soyuq müharibə”nin bitməsi, dünyada nisbi bir sakitliyin yarandığı haqqındakı illüziyalarımız özünü doğrultmur. Bu gün həm “soyuq müharibə”, həm də adi müharibələr davam edir. Görünür, insanlıq müharibəsiz yaşaya bilmir. Azərbaycana qonşu olan Türkiyənin də başı bəlalıdır. PKK-nın terror əməliyyatları bitəndən sonra Türkiyənin bölünməsi məsələsini siyasi müstəviyə çıxarmaq istəyirlər. Qərbin İrana münasibəti isə normallaşır. Yaxın zamanlarda İrana hərbi müdaxilə gözlənilmir.

Azərbaycanın yeri haqqında isə bunları demək olar: Böyük güclər Azərbaycanın timsalında bölgədə ikinci güclü türk dövlətinin yaranmasını istəmirlər. Azərbaycanın güclənməsi super güclərin gündəmində deyil. NATO SSRİ dağıldıqdan sonra terrorla mübarizəni prioritet elan etsə də, indi, əvvəlki kimi fəal deyil. PKK Türkiyədə at oynadır, erməni terrorizmi tüğyan edir, amma NATO buna biganədir. NATO-ya üzv olan bəzi dövlətlərin Dağlıq Qarabağ məsələsində ikibaşlı siyasət yürütmələri onu göstərir ki, bunlar yalnız özlərinə sərf edən məsələlərdə qətiyyətli addım atırlar. Ancaq Ermənistanın işğalçılıq siyasətinin kökünü kəsilməsində maraqlı deyillər.

- Dünya siyasi kuluarlarında əsas müzakirə predmetlərindən biri Ukraynada yaranmış böhranla əlaqədardır. Ukraynada vəziyyətin dramatikləşməsində separatçılıq meyllərinin sürətlə alovlandığı bir zamanda bu ölkənin taleyi haqqında hansı fikirləri səsləndirmək olar?

- Ukraynada aranı qarışdıran bu ölkənin vətəndaşı olan rus əhalisi deyil. Rusiyadan Ukraynaya ötürülmüş müəyyən silahlı qüvvələrin təxribatı ilə ölkədə vətəndaş müharibəsi tüğyan edir. Ukraynanı Avropaya çəkmək istəyən qüvvələr isə prosesləri yalnız müşahidə edir, onu müdafiə etmək üçün ciddi addımlar atmır. Bu gün Ukrayna kimi bir dövlət Rusiya ilə üz-üzə qalıb, amma ciddi dəstək görmür. Biri-birinin ardınca bu aldanışlar, ABŞ-ın Əfqanıstan və İraqdakı uğursuz siyasəti, Suriya məsələsində hələlik Rusiya və İranın möhkəmlənmiş mövqeləri ilə dünyaya meydan oxumasına rəğmən Qərb ciddi addımlar atmır. Ukraynanın da taleyi təxminən Suriya kimi olacaq.

Rusiyanın əsrlər uzunu apardığı siyasətin əsl sifəti Jirinovskidir...

- Rusiyanın Krımı işğal etməsindən sonra Kremlin buna bənzər ssenarini Dağlıq Qarabağa tətbiq edəcəyi də iddia edilir. Guya Krım Qarabağ üçün də presedent yaradır. Hətta Rusiyanın imperiya maraqlarının carçısı Jirinovskinin dilindən də Qarabağın Rusiyaya birləşməsi məsələsi açıq-aşkar ortaya atılır...

- Qarabağı nə Abxaziya, nə Cənubi Osetiya, nə də Krımla eyniləşdirmək olar. Qarabağın Rusiyaya birləşdiriləcəyi haqqında xəbərlərdən bədbinliyə qapılmaq lazım deyil. Rusiya çevrəsindəki bütün dövlətlərlə mübarizə apara bilməz. Rusiyanın gizli dövlət siyasətini Jirinovski dilə gətirir. Rusiyanın əsrlər uzunu  apardığı siyasətin əsl sifəti Jirinovskidir. Jirinovskiyə baxanda I Pyotrdan bəri Rusiyanın apardığı siyasəti görmək olar.

- Rusiyanın MDB məkanında imperiya maraqlarının tüğyan etdiyi bir zamanda deputat həmkarınız Qüdrət Həsənquliyev Qarabağ danışıqlarında dönüş yaratmaq üçün Rusiya bazalarının Azərbaycanda yerləşdirilməsini təklif etdi. Qüdrət Həsənquliyev ölkəmizin müstəqilliyini itirməmək şərti ilə bu addımın gerçəkləşməsini təklif edib. Bu, Qarabağı Azərbaycana qaytara bilərmi?

- Bu əməkdaşlığı yalnız yüksək inkişaf səviyyəsində olan və demokratiyaya yiyələnmiş Rusiya ilə etmək olar. Amma Jirinovskilərin Rusiyası ilə bu sahədə əməkdaşlıq mümkün deyil. Qüdrət Həsənquliyev ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini haqlı olaraq tənqid edir. Amma Minsk Qrupunun həmsədrlərindən biri də Rusiyadır. Rusiya bazasını Azərbaycana yerləşdirəndən sonra Qarabağın həlli ilə bağlı hansı addımları ata bilər ki?

Bunlar sadəlövh düşüncələrdir. Qərbin ikili standartları yerinə yetirdiyi bəllidir. Amma bunun bir səbəbkarı da daim Ermənistanın mövqeyini müdafiə edən Rusiyadır. Bu şəraitdə Rusiyanın Azərbaycanla hərbi müqavilə bağlaması heç bir nəticə verə bilməz. Bu status-kvonu saxlamaqdan başqa heç nəyə xidmət edə bilməz. Biz Avropa və Qərb ölkələrinin aşiqi deyilik. Biz Qərblə yaxınlaşmaq deyəndə onların qucağına atılmağı nəzərdə tutmuruq. Biz onların sivil, demokratik inkişaf yolunu seçirik. Amma Rusiyada demokratiya və inkişaf yoxdur. Rusiya özü ilə Azərbaycana işğalçılıq abı-havasını gətirər. Qərbin ikili standartları da isə heç vaxt Rusiyanın ağuşuna atılmaq üçün əsas ola bilməz. Rus xofunu təzədən millətin ürəyinə salmaq lazım deyil. 

- Bu gün Rusiya-Azərbaycan münasibətləri haqqında mətbuatın yazdıqları sensassion, vahimə yaradacaq yazılar keçmiş mətbuat və informasiya naziri kimi sizdə hansı fikirləri formalaşdırıb?

- Bu gün Rusiya kəşfiyyatına xidmət edən yazılar mətbuat səhifələrindən düşmür. Bəlkə də Rusiyanın yadına düşmədiyi şeyləri bizim mətbuat onlara xatırladır. Məsələn, Qarabağın Rusiyaya birləşdirilməsi, orada yaşayan əhaliyə rus vətəndaşlığı verilməsi kimi iddiaları deyə bilərəm. Lakin problem bununla bitmir. Hərbi sirlərimiz, heç kimin yadına düşməyən təxribatçılıq məsələlələri mətbuatda işıqlandırılır. Qusarda Rusiya bayrağının asılması ilə bağlı xəbəri oxudum. Bu kimi yalan xəbərlər kimə xidmət edir?! Azərbaycanda bütün bunların qarşısı alınmalıdır.

Böyük güclər, Avropa ölkələri də deyirlər ki, Qarabağın açarı Rusiyadadır...

- Qərb dairələrini bəyanatlarında Ukrayna böhranına Azərbaycanı da cəlb etmək məqamlarını sezmək elə də çətin deyil. Onlar əsasən Azərbaycanın enerji resurslarından, xüsusilə təbii qazdan yararlanmaqla Avropanın Rusiyadan olan mavi yanacaq asılılığını azaltmaq niyyətlərini gizlətmirlər. Söylənilənlərdə reallıq varmı?

- Müxtəlif enerji layihələri var. Onların hər birinin həyata keçməsi üçün səkkiz-on il vaxt lazımdır. Xəzər və Mərkəzi Asiya qazı Avropaya axıdılsa belə, buna vaxt lazımdır. Deyilənlər hamısı söz olaraq qalır. Bu gün Avropa və Ukraynanın Rusiyadan enerji asılılığı var. Bir paradoksal vəziyyət yaranıb. Millətlər, xalqlar Rusiyadan azad olmaq istəyirlər, lakin iqtisadiyyatları ondan asılı olduğuna görə səslərini çıxara bilmirlər. Rusiyanın haqsız olduğunu bütün dünya bilsə də, ona qarşı mübarizə aparmaqda çətinlik çəkilir. Dünyanın siyasətində bir düzən, nizam yoxdur. Bunların hamısı Azərbaycanın yerləşdiyi bölgəyə təsir göstərir. Böyük güclər isə bölgədə Rusiyaya güzəştə getməyə davam edir. Avropa ölkələri də deyirlər ki, Qarabağın açarı Rusiyadadır.

- Bu durum Azərbaycan ictimaiyyətində hansı qənaətləri hasil edir?

-Belə bir şəraitdə şübhəsiz ki, Azərbaycanda bir ümidsizlik yaranır. Belə təsəvvür yaranır ki, Ukrayna kimi bir dövlət özünün Qərb yönümlü siyasəti ilə heç bir şeyə nail ola bilməyibsə, onda Azərbaycanın da bu yöndə apardığı siyasətin mənası yoxdur. Belə bir psixologiya da gündən-günə möhkəmlənir. Bu fikri yayanlar da çoxdur. Rusiyada yaşayan azərbaycanlıların deportasiyasının Azərbaycan üçün böyük problemlər yarada biləcəyi təsəvvürünü yaradırlar. Azərbaycanda rus və ermənilərlə qohumluq, iqtisadi, mənəvi əlaqələri olan bir kəsim var. Onların içərisində rus dilli məktəblərin yetirdiyi adamlar da müəyyən rol oynayır. Azərbaycan dili dövlət dili olandan sonra guya həmin adamların fəaliyyət dairəsi məhdudlaşıb. Onlar Rusiyanı bura dəvət etmək istəyirlər. Rusdilli məktəblərdə oxuyanların əksəriyyətində Rusiya sevgisi var. Onlar da bizim vətəndaşdır və dediklərimdə başqa niyyətlər yoxdur. Amma onların çoxunun məntiqi və psixologiyası bu yöndə inkişaf edir və bu, reallıqdır. Bu cür insanlarda yarımçıq kompleks var. Belə insanlar öz doğma dillərini pis bildiklərinə görə özlərini rus dilinin müstəvisində daha rahat hiss edirlər. Təəssüf ki, Azərbaycandakı bəzi etnik qrupların da Rusiyaya meyli daha güclüdür. Onlar Azərbaycanın müstəqil dövlət kimi tanımaqdansa, Rusiya ilə bir yerdə olmağı istəyirlər. (Ardı var)

 

Aqşin KƏRİMOV

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:03 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42 BMU-nun tələbəsi Almaniyanın Koblenz Universitetinə təcrübə keçəcək   19 Fevral 2020, 12:35 Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - FOTO 19 Fevral 2020, 12:29 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib - FOTO 19 Fevral 2020, 12:22 PA-nın şöbə müdiri parlament seçkilərindən yazdı: “Geriyə dönmək artıq mümkün deyil” 19 Fevral 2020, 12:15 Nailə Mirməmmədliyə BDU-da vəzifə verildi 19 Fevral 2020, 12:08 Gəncədə müzakirələr: Regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi - FOTOLAR         19 Fevral 2020, 12:02 Prezident Administrasiyasına bu məhkəmələrdən şikayətlər artıb - SİYAHI 19 Fevral 2020, 11:56 Məktəblilərə siqaret satanlar cərimələndi 19 Fevral 2020, 11:50 Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var 19 Fevral 2020, 11:44 Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq - YENİLİKLƏR 19 Fevral 2020, 11:38 Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək 19 Fevral 2020, 11:32 “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması çətin məsələ deyil” - MÖVQE 19 Fevral 2020, 11:31 Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var 19 Fevral 2020, 11:28 Polis 25 cinayətin üstünü açdı 19 Fevral 2020, 11:22 Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirliklər - TAM SİYAHI 19 Fevral 2020, 11:15 Almaniya səfiri: “Azərbaycanla ortaq mədəniyyət mərkəzləri yaradılacaq” - VİDEOMÜSAHİBƏ 19 Fevral 2020, 11:08 “BakuBus”ın sürücüsü  noutbuku sahibinə qaytardı 19 Fevral 2020, 11:02 Şagirdlər arasında V İngilis dili olimpiadası keçiriləcək 19 Fevral 2020, 10:56 Koreyada oxumaq istəyənlərin nəzərinə 19 Fevral 2020, 10:50 BTA-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri Goranboyda olub 19 Fevral 2020, 10:45 Prezidentə daha çox müraciət edən “MİRZƏLƏR”  19 Fevral 2020, 10:40 Sahibkarlar mallarını icbari sığorta etdirsinlər - TƏKLİF 19 Fevral 2020, 10:34 BANM-nin tələbələri Malayziyada qalib oldular - FOTO 19 Fevral 2020, 10:29 Prezidentə ən çox bu rayonlardan şikayət gəlir - SİYAHI 19 Fevral 2020, 10:23