Modern.az

“Qalatasaray” “Yuventus”la oyuna itki ilə çıxacaq

“Qalatasaray” “Yuventus”la oyuna itki ilə çıxacaq

İdman

16 Fevral 2026, 23:35

“Qalatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanında “Yuventus”u qəbul edəcək.

Modern.az xəbər verir ki, baş məşqçi Okan Buruk komandanın aparıcı futbolçularından Mario Leminanın bu qarşılaşmada iştirak edə bilməyəcəyini açıqlayıb.

Qabonlu yarımmüdafiəçi zədə səbəbindən sıradan çıxıb. 32 yaşlı futbolçunun cavab görüşünə qədər tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, Qalatasaray ilə Juventus arasında oyun fevralın 17-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı