Modern.az

Bakı meriyasının tabeliyində yeni MMC yaradılır

Bakı meriyasının tabeliyində yeni MMC yaradılır

Aktual

20 Fevral 2026, 17:05

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyəti təşkil edilir.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV