Modern.az

Neymar bu il karyerasını bitirə bilər

Neymar bu il karyerasını bitirə bilər

İdman

21 Fevral 2026, 03:31
"Santos"un hücumçusu Neymar qarşıdakı dekabr ayında peşəkar futbol karyerasını bitirə biləcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Neymar "Cazé TV"yə verdiyi müsahibəsində danışıb.

“Bundan sonra nə olacağını bilmirəm, bəlkə dekabrda karyeramı bitirəcəyəm, görək qəlbim mənə nə deyəcək”, – deyə 34 yaşlı futbolçu bildirib.

Qeyd olunur ki, Neymar 2025-ci ilin yanvarından "Santos"da çıxış edir və onun klubla mövcud müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı