Modern.az

Kiyevdə uşaqlar yerin altında qaldı

Kiyevdə uşaqlar yerin altında qaldı

Dünya

21 Fevral 2026, 21:06

Kiyevdə uşaqlar yerin altında qaldı.

Modern.az xəbər verir ki, Kiyevdə bir qrup uşaq kanalizasiya xəttində azaraq yerin altında qalıb.

Məlumata görə, uşaqlar 112 xüsusi qaynar xəttinə zəng edərək yerin altında olduqlarını, üşüdüklərini və özbaşına çıxa bilmədiklərini bildiriblər. Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər və polis şəhər ərazisində lyukları və yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya xətlərini yoxlayaraq uşaqları Xreşatikdə yerləşən yağış kollektoru daxilində aşkarlayıblar.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı müvafiq tədbirlər görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?