Modern.az

Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyuldu

Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyuldu

23 Fevral 2026, 22:11

Yevlax rayonunda yerləşən səkkiz kəndin bələdiyyə sədrinin ölkədən çıxışına məhkəmə tərəfindən məhdudiyyət qoyulub.

Modern.az xəbər verir ki, Yevlax rayonun Xaldan (Xaldan, Quşçu, Yuxarı Salamabad, Aşağı Salamabad, Qaraoğlan, Əcəmi, Ərəş kəndləri və Meyvəli qəsəbəsi) bələdiyyəsinin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 30 985.44 manat vergi borcu yaranıb.

Bununla əlaqədar olaraq, 1988-ci il təvəllüdlü bələdiyyə sədri Röyal Kazım oğlu Cəfərov barəsində məhkəməyə şikayət edilib. Məhkəmənin hökmü ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. (Qaynarinfo)

Sizə yeni x var
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV