Modern.az

Bakının mərkəzində işıq fasilələrlə veriləcək

Bakının mərkəzində işıq fasilələrlə veriləcək

24 Fevral 2026, 12:58

Bu gün paytaxtın Nəsimi rayonunun bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Modern.az-a "Azərişıq"dan verilən məlumata görə, fevralın 24-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək Mirəli Qaşqay - Feyzulla Qasımov, Mirəli Qaşqay - Abbas Səhhət, Abbas Səhhət - Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən obyektlərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV