Modern.az

Sərhəd bölgəsində Əfqanıstan və Pakistan qüvvələri arasında qarşıdurma

Sərhəd bölgəsində Əfqanıstan və Pakistan qüvvələri arasında qarşıdurma

Dünya

24 Fevral 2026, 22:09

Bu gün günortadan sonra sərhəd ərazilərində Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşmalar qeydə alınıb və döyüşlər hələ də davam edir.

Modern.az xəbər verir ki, qarşıdurmalar Əfqanıstanın şərqində, Nanqarhar əyalətində və Pakistanla sərhəd zonasında baş verib.

Yerli mənbələr bildirir ki, hər iki tərəf ağır silahlardan istifadə edib və itkilər olub.

Əfqanıstan və Pakistan hökumətləri isə toqquşmalarla bağlı hələ rəsmi açıqlama verməyib. (Reuters)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?