Modern.az

Vardanyan təqsirkar olduğunu bilir

Vardanyan təqsirkar olduğunu bilir

Aktual

25 Fevral 2026, 12:36

Bakı Hərbi Məhkəməsi tərəfindən 20 il həbs cəzasına məhkum edilən Ermənistan vətəndaşı Ruben Vardanyanla bağlı yeni xəbər var. 

Modern.az xəbər verir ki, ailəsi tərəfindən yayılan açıqlamada onun hökmdən apellyasiya şikayəti verməyəcəyi bildirilib. Qeyd olunub ki, apellyasiyadan imtina hökmə razılıq anlamına gəlmir və məsələ beynəlxalq instansiyalarda davam etdiriləcək.

Amma hüquq ekspertləri bildirirlər ki, apellyasiya mərhələsindən imtina faktiki olaraq yerli məhkəmə instansiyasında hökmə yenidən baxılması imkanından istifadə etməmək deməkdir. Onların fikrincə, belə addım həm hüquqi perspektivin zəif qiymətləndirilməsi, həm də müdafiə strategiyasının dəyişdirilməsi ilə bağlı ola bilər.

Xatırladaq ki, Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirli bilinib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneini oğlu əvəzlədi - Pezeşkian 2-ci plana keçdi