Modern.az

Ermənistan Gürcüstandan izahat tələb edir

Ermənistan Gürcüstandan izahat tələb edir

Dünya

26 Fevral 2026, 14:29

Ermənistan tərəfi Gürcüstanda Kobi gömrük terminalında Ermənistandan olan yük avtomobillərinin saxlanılması ilə bağlı Tbilisidən rəsmi cavab gözləyir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan danışıb.

Papoyanın sözlərinə görə, saxlanmanın hansı səbəbdən baş verdiyi hələlik aydın deyil.

Gürcüstan tərəfinin verdiyi məlumata əsasən, maliyyə polisi müəyyən risklər aşkarlayıb. Lakin həmin risklərin detalları və mümkün pozuntular barədə hələ ki, açıqlama verilməyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?