Modern.az

Efiopiyanın Baş naziri Azərbaycana gəldi

Efiopiyanın Baş naziri Azərbaycana gəldi

Aktual

26 Fevral 2026, 17:50

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli fevralın 26-da Azərbaycana rəsmi səfərə gəlib.

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrana amansız hücum - Böyük şəhərlər BOMBARDMAN EDİLİR