Modern.az

Dubayda partlayış - yaralılar var 

Dubayda partlayış - yaralılar var 

Dünya

1 Mart 2026, 11:18

İranın həyata keçirdiyi cavab zərbələri nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində partlayışlar qeydə alınıb.

Modern.az xəbər verir ki, Dubayda, o cümlədən Palm Cümeyra bölgəsində yerləşən “Fairmont The Palm” hotelinin ətrafında tüstü qalxdığı bildirilib. Bundan başqa, Cəbəl Əli limanı yaxınlığında da partlayışdan sonra tüstü müşahidə olunub.

Dubay Media Ofisinin yaydığı açıqlamaya əsasən, hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən pilotsuz uçuş aparatlarının qalıqları iki yaşayış evinin üzərinə düşüb. Nəticədə iki nəfər xəsarət alıb.

Hadisələrlə bağlı əlavə məlumatların dəqiqləşdirildiyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!