Modern.az

İsrail ordusu ilk hücumun nəticələrini açıqladı

İsrail ordusu ilk hücumun nəticələrini açıqladı

Dünya

1 Mart 2026, 19:22

İsrail Müdafiə Ordusu (SAXAL) fevralın 28-də İrana qarşı həyata keçirilən ilk zərbə zamanı İran hərbi rəhbərliyinin təxminən 40 əsas təmsilçisinin zərərsizləşdirildiyini iddia edib.

Modern.az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, əməliyyatın ilkin mərhələsində İran rejiminin müdafiə nazirliyi rəhbərliyi də daxil olmaqla 40-a yaxın komandir aradan qaldırılıb.

Həmçinin qeyd olunub ki, İsrail ordusu İranın qərb və mərkəzi bölgələrində onlarla hava hücumundan müdafiə (HHM) sistemini sıradan çıxarıb və bununla da Tehran üzərində hava üstünlüyünün formalaşdırılmasına şərait yaradıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı