Modern.az

Ərəb Əmirliklərinin səmasında təyyarələrin uçuşu bərpa olunub

Ərəb Əmirliklərinin səmasında təyyarələrin uçuşu bərpa olunub

Dünya

2 Mart 2026, 12:32

Uçuş məhdudiyyətləri tətbiq edildikdən bəri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi səmasında ilk təyyarələr müşahidə olunub.

Modern.az Flightradar24-a istinadən xəbər verir ki, Nigeriyanın Laqos şəhərindən gələn Boeing 777-FFX (A6-DDC) təyyarəsi Əbu-Dabiyə eniş edib. Etihad Airways şirkətinə məxsus Airbus A380-861 (A6-APF) təyyarəsi şəhərdən naməlum istiqamətə yola düşüb.

Başqa bir təyyarə, Etihad Airways şirkətinə məxsus Boeing 787-9 Dreamliner (A6-BLE) isə Əbu-Dabi hava limanının üzərində dövrə vurur.

Xatırladaq ki, Birləşmiş ƏrəbƏmirliklərinin paytaxtı Əbi-Dabi və iqtisadi mərkəzi Dubay şəhərləri ABŞ və İsrailin hava hücumlarından sonra İranın raket və dron hücumlarına məruz qalıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB